🇦🇲🇷🇺 Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT sammitindən sonra özünəməxsus üslubda bildirib ki, Rusiya hərbi bazasının Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etmir.
“Biz 102-ci hərbi bazanın Ermənistan ərazisində mövcudluğunu həyati zərurət hesab etmirik”.
“Əgər Rusiya bazanı Ermənistandan çıxarmaq qərarı versə, biz buna etiraz etmərik”.
“Amma onlar qalmaq istəklərini bildirsələr, bu məsələni də müzakirə etməyə hazırıq. Bununla belə, biz heç vaxt bu mövzunu qaldırmamışıq”.
Bu həftənin əvvəlində Vladimir Putin qeyd edib ki, “əgər Rusiyanın hərbi bazası Ermənistana lazım deyilsə, biz hətta sabah da gedə bilərik”.
#Ermənistan #Rusiya #Paşinyan #Putin #HərbiBaza
September 3, 2026 197 1