🇦🇿 Azərbaycan: son saatların xəbərləri
▪️ “Azərişıq” bu gün Bakı və bir sıra rayonlarda planlı təmir işləri aparacaq. Yasamal, Xırdalan, Ağdaş və Yevlaxın müəyyən hissələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
▪️ Goranboyda, Goran yolu adlanan ərazidə VAZ-2106 və “Chevrolet” avtomobilləri toqquşub. Qəza nəticəsində iki qardaş xəsarət alıb, faktla bağlı araşdırma aparılır.
▪️ Mingəçevirdə sahibsiz itlərlə bağlı problem kəskinləşib. Təkcə iyul-avqust aylarında it dişləməsi səbəbindən tibb müəssisələrinə 100-dən artıq müraciət daxil olub.
▪️ Yeni tədris ili ərəfəsində Gəncədə kirayə mənzillər bahalaşıb. Tələbələr üçün təklif olunan mənzillərin aylıq kirayə haqqı əvvəlki dövrlə müqayisədə 50-100 manat yüksəlib.
▪️ Azərbaycanda işçi qüvvəsinə tələbatın yarıdan çoxu emal sənayesinin payına düşür. 61 501 nəfərlik vakant işçi tələbinin 34 299-u, yəni 55,8 faizi məhz bu sektorda formalaşıb.
▪️ “Səbail” Peşəkar Futbol Klubunun adının “Quba”ya dəyişdirilməsi üçün hüquqi prosedurlar başlanıb. Klub gələcəkdə Quba şəhərini təmsil etməyi planlaşdırır.
▪️ Dövlət hesabına ödənişsiz mənzil almaq hüququ olan kateqoriyalar yenidən gündəmə gəlib. Deputat Vüqar Bayramov şəhid ailələri, qazilər, birinci qrup əlilliyi olan şəxslər və Çernobıl qəzası nəticəsində əlillik qazanan vətəndaşları qeyd edib.
▪️ Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında dəyişiklik edilib. Müvafiq sərəncam səhər saatlarında dərc olunub.
▪️ Daşınmaz əmlakın dövlət kadastrının aparılması üzrə yeni qaydalar təsdiqlənib. Kadastr mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisindəki bütün daşınmaz əmlakı, o cümlədən torpaqları əhatə edəcək.
▪️ Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları da yenilənib. Reyestrdə saxlanılacaq məlumatların tərkibi ayrıca müəyyənləşdirilib.
▪️ Torpaq Məcəlləsi, Mülki Məcəllə, torpaq bazarı, daşınmaz əmlakın dövlət kadastrı və dövlət reyestri ilə bağlı qanunvericiliyə geniş dəyişiklik paketi dərc edilib.
▪️ İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Yeni qanunun tətbiqi ilə əlaqədar Prezidentin əvvəlki fərmanına da müvafiq düzəlişlər olunub.
▪️ Rayon, şəhər və hərbi məhkəmələrin baxdığı inzibati xəta işləri üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı dəyişdirilib.
▪️ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilməsi barədə Prezident fərmanı dərc olunub.
▪️ Mənzil fondunun özəlləşdirilməsi, dövlət torpaq kadastrı, daşınmaz əmlakın dövlət reyestri və aqrar sığorta ilə bağlı qanunlara dəyişiklikləri nəzərdə tutan daha bir hüquqi paket rəsmiləşdirilib.
1September 3, 2026 184 1