İlham Əliyev: İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13… — Alioglu_News🇦🇿 — TG.ME

Alioglu_News🇦🇿Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq minatəmizləmə konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi…
İlham Əliyev: İlkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb.

🔺Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır.

🔺Vətən müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək 37 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb.

🔺Ermənistan tərəfindən təqdim edilən minalanmış sahələrin xəritələrinin əsasən qeyri-dəqiq və natamam olması bu çağırışın miqyasını daha da artırır.

🔺Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

🔺Bu günədək təxminən 40 min keçmiş məcburi köçkün azad edilmiş ərazilərdə evlərinə qayıdıb. Ümumilikdə, hazırda Qarabağda və Şərqi Zəngəzurda yaşayan insanların sayı 90 mini keçib.
September 2, 2026 183