Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən ənənəvi beynəlxalq minatəmizləmə konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
Hikmət Hacıyev mina probleminin bərpa və yenidənqurma prosesinə təsiri, eləcə də bu istiqamətdə humanitar minatəmizləmənin mühüm rolu ətrafında müzakirələr aparmaq üçün bir araya gələn konfrans iştirakçılarına təşəkkürünü bildirib və tədbirin işinə uğurlar arzulayıb.
September 2, 2026 231

