Vladimir Putin Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm… — Alioglu_News🇦🇿 — TG.ME

🇷🇺🇦🇲 Vladimir Putin Ermənistanın eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi İttifaqında qala bilməyəcəyini bildirib.

“Sadəcə olaraq eyni vaxtda həm bir, həm də digər təşkilatda olmaq mümkün deyil. Bu, sadəcə mümkün deyil. Bizim fərqli fitosanitar normalarımız, fərqli texniki standartlarımız var. Ümumiyyətlə, bir-biri ilə uyğun gəlməyən çoxlu məsələlər mövcuddur. Ən azı, indiki mərhələdə”.

“Baş nazir deyəndə ki, biz Avrasiya İqtisadi İttifaqından çıxmamışıq və çıxmaq üçün müraciət etməmişik, mən dedim: “Bəs necə? Əgər siz qanun qəbul etmisinizsə”? Onlar Aİ-yə üzvlük prosedurunun başlanması haqqında qanun qəbul ediblər. Deməli, bununla bizə bildiriblər ki, müəyyən perspektivdə Avrasiya İqtisadi İttifaqından çıxacaqlar”.

“Açığını deyim, burada gizli heç nə yoxdur. Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıqdan, əlbəttə ki, kifayət qədər böyük üstünlüklər əldə edir və bizimlə münasibətlərdə bu üstünlüklərdən istifadə edir”.

“Belə çıxır ki, ölkə Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə əməkdaşlığın bütün faydalarından istifadə etməyə davam edərək, eyni zamanda buradan çıxmağa çalışacaq. Onda qoy bunu açıq və dürüst şəkildə desinlər”.

#Rusiya #Ermənistan #Putin #Avropaİttifaqı #Avrasiyaİqtisadiİttifaqı
September 3, 2026 69