🇺🇸🇮🇷 Pentaqon İranla müharibə fonunda ABŞ qüvvələrinin vəziyyəti ilə bağlı sənədləri qapalı portaldan silib, - The Washington Post yazır.
Nəşrin məlumatına görə, Pentaqon daxili qorunan SIPRNet portalından “Müdafiə nazirinin əmrlər kitabı” ilə bağlı məxfi sənədləri silib.
Bu sənədlərdə ABŞ qoşunlarının və silahlarının vəziyyəti izlənilir, həmçinin yüksək rütbəli hərbçilərin verilmiş əmrlərlə bağlı fikir ayrılıqları qeydə alınırdı.
The Washington Post-un yazdığına görə, bir neçə yüksək rütbəli zabit İranla uzanan müharibənin ABŞ Silahlı Qüvvələrinə ciddi yük yaratdığı, əsas sursat ehtiyatlarını tükətdiyi və Vaşinqtonun digər regionlardakı təhdidlərə cavab vermək imkanlarını məhdudlaşdırdığı barədə xəbərdarlıq edib.
Pentaqon dərc olunan məlumatların əhəmiyyətli hissəsini mübahisələndirib, lakin hesabatın konkret hansı müddəalarının yanlış olduğunu açıqlamayıb.
#ABŞ #İran #Pentaqon #WashingtonPost #SIPRNet

September 3, 2026 192