Almaniya polisi Brandenburqda, Yənşvalde kömür elektrik stansiyasının… — Alioglu_News🇦🇿 — TG.ME

🇩🇪💥Almaniya polisi Brandenburqda, Yənşvalde kömür elektrik stansiyasının yaxınlığındakı Praylak yarımstansiyasında bir neçə əldəqayırma partlayıcı qurğu aşkar edib.

Elektrik ötürücü xətlərin bir hissəsi zədələnib və enerji təchizatı müvəqqəti olaraq dayandırılıb. Bununla belə, 50Hertz elektrik şəbəkəsi operatoru enerji verilişinin bərpa edildiyini bildirib.

Hakimiyyət orqanları hesab edir ki, partlayış cəhdinin məqsədi bölgədə genişmiqyaslı elektrik kəsintisinə səbəb olmaq olub.

#Almaniya #Brandenburq #Elektrik #PartlayıcıQurğu #50Hertz
September 2, 2026 281