ABŞ İrana məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir… — Alioglu_News🇦🇿 — TG.ME

🇺🇸🇮🇷ABŞ İrana məhdud zərbələr endirmək imkanını nəzərdən keçirir, - Axios.

ABŞ prezidenti Donald Tramp və administrasiyasının yüksək vəzifəli nümayəndələri Tehranın gəmiçiliyə hücumlarda istifadə etdiyi sistemləri bərpa etməsinin qarşısını almaq üçün Hörmüz boğazı ərazisində İranın hərbi obyektlərinə məhdud zərbələr endirilməsi imkanını nəzərdən keçirirlər.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) son bir həftə ərzində hazırladığı və müharibə naziri Pit Heqset tərəfindən dəstəklənən plan İranın radiolokasiya stansiyalarına, hava hücumundan müdafiə sistemlərinə və gəmi əleyhinə raket komplekslərinə vaxtaşırı zərbələrin endirilməsini nəzərdə tutur.

ABŞ və İran arasında son zərbə mübadiləsinədək Donald Tramp bu planı təsdiqləməyib. Lakin yeni eskalasiyadan sonra o, plana yaşıl işıq yandıra bilər.

ABŞ-ın narahatlığı son günlər İranın boğazda gəmilərin təhlükəsizliyini təmin edən F-35 qırıcılarına zenit raketi buraxmasından sonra daha da artıb.

Raket təyyarəyə təhlükə yaradacaq qədər yaxınlaşmayıb. Buna baxmayaraq, amerikalı rəsmilər bu buraxılışı Tehranın hərbi imkanlarını bərpa etdiyinin göstəricisi kimi qiymətləndiriblər.

CENTCOM xəbərdarlıq edib ki, hər gün Fars körfəzindən keçən onlarla neft tankerinin nisbətən təhlükəsiz hərəkətini təmin etmək üçün vaxtaşırı zərbələrin endirilməsi zəruri ola bilər.

#ABŞ #İran #DonaldTramp #Hörmüz #CENTCOM
September 1, 2026 85