🇺🇸📊Trampın reytinqi 33%-ə düşüb.
Reuters/Ipsos-un son sorğusuna əsasən, ABŞ prezidenti Donald Trampın fəaliyyətini bəyənmə reytinqi onun bütün siyasi karyerası ərzində ən aşağı səviyyədə qalır - amerikalıların cəmi 33%-i onun fəaliyyətini müsbət qiymətləndirir.
Sorğu Trampın iqtisadi sahədəki addımlarından və İranla müharibə ilə bağlı siyasətindən geniş narazılığın olduğunu göstərib. Xüsusilə, respondentlərin 71%-i yaşayış xərclərinin artması fonunda onun fəaliyyətini bəyənmədiyini bildirib.
Noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində demokratlar seçici fəallığı baxımından da üstünlüyə malikdirlər. Demokratların 46%-i qarşıdakı səsverməyə “çox böyük həvəslə” yanaşdığını bildirib, respublikaçılar arasında isə bu göstərici 31% təşkil edib.
#DonaldTramp #ABŞ #Reuters #Ipsos #Seçkilər

September 1, 2026 117