Yaponiya 2027-ci maliyyə ili üçün rekord həcmdə - 8,9 trilyon yen… — Alioglu_News🇦🇿 — TG.ME

🇯🇵🛡 Yaponiya 2027-ci maliyyə ili üçün rekord həcmdə - 8,9 trilyon yen, yəni təxminən 55,6 milyard dollar müdafiə büdcəsi tələb edib.

▪️ Xərclərin əsas hissəsi ordunun süni intellektə əsaslanan və pilotsuz sistemlərin geniş istifadə olunduğu müharibə şəraitinə uyğunlaşdırılmasına yönəldiləcək.

▪️ Plana döyüş meydanında qərarların daha sürətli qəbuluna imkan verən süni intellekt sistemi, aşağı qiymətli zərbə PUA-ları, sualtı platformalardan buraxılan hipersəs raketləri, həmçinin dezinformasiya və “koqnitiv müharibə” ilə mübarizə vasitələri daxildir.

#Yaponiya #Müdafiə #Süniİntellekt #PUA #HipersəsRaketləri
👍1
September 1, 2026 107