İranın xarici ticarəti 35% azalıb, inflyasiya 66%-ə çatıb ▪️İran… — Alioglu_News🇦🇿 — TG.ME

🇮🇷📉 İranın xarici ticarəti 35% azalıb, inflyasiya 66%-ə çatıb

▪️İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ sanksiyaları və dəniz blokadası nəticəsində ölkənin idxal və ixracı təxminən 35% azalıb. İllik inflyasiya iyulda 66%-ə çatıb.

▪️ABŞ Misirin “Banque Misr” bankının BƏƏ-dəki bölməsinə, Honkonqda yerləşən bir quruma və İranın “Bank Melli” bankı ilə əlaqəli şəxsə qarşı məhdudiyyətlər tətbiq edib. İranın ən böyük ticarət tərəfdaşları olan Çin və Hindistan isə hələlik birbaşa sanksiyalara məruz qalmayıb.

▪️Tehran danışıqları davam etdirəcəyini və eyni zamanda Hörmüz boğazına nəzarəti saxlayacağını bildirir. İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin boğazın açılması ilə bağlı iddialarını yalan adlandırır.

Avqustun 27-də Hörmüz boğazından cəmi 7 yük gəmisi keçib. Bir gün əvvəl isə bu göstərici 17 gəmi olub.

#İran #Pezeşkian #Sanksiyalar #İnflyasiya #Hörmüz
❤1
August 31, 2026 130