🚀🔭 Bəşəriyyət Kainatın sirlərini öyrənmək yolunda daha bir mühüm addım atıb - “Nancy Grace Roman” teleskopunu daşıyan raket Floridadan kosmosa buraxılıb
NASA bildirir ki, yeni teleskop vasitəsilə 2 milyarddan çox qalaktikanın öyrənilməsi planlaşdırılır.
NASA-nın elm üzrə rəhbəri Niki Foksun sözlərinə görə, “Nancy Grace Roman” teleskopu səmanı “Hubble” teleskopundan 1000 dəfə daha sürətli tədqiq edə biləcək.
Teleskopun çəkəcəyi hər bir görüntü müqayisəolunan dəqiqliklə səmanın təxminən 100 dəfə daha böyük sahəsini əhatə edəcək.
Yeni teleskopun toplayacağı məlumatların həcmi “Hubble”ın onilliklər ərzində topladığı məlumatlarla müqayisə oluna bilər.
Teleskop NASA-nın astronomiya bölməsinin ilk rəhbəri Nensi Qreys Romanın şərəfinə adlandırılıb. Həmkarları onu “Hubble-ın anası” adlandırırdılar, çünki o, bu teleskop layihəsinin ABŞ Konqresində irəli aparılmasında mühüm rol oynayıb.
Diqqətçəkən məqam odur ki, teleskopun buraxılışı planlaşdırılan tarixdən 9 ay əvvəl həyata keçirilib.
#NASA #Kosmos #Teleskop #NancyGraceRoman #Kainat
August 31, 2026 132