Çin “plastik əvəzinə bambuk” proqramını fəal şəkildə genişləndirir… — Alioglu_News🇦🇿 — TG.ME

🇨🇳🎋 Çin “plastik əvəzinə bambuk” proqramını fəal şəkildə genişləndirir

Ölkə 2022-ci ildə müvafiq təşəbbüsə başlayıb, 2025-ci ildə isə proqramın genişləndirilməsi üçün üçillik planın icrasına keçib. Artıq bambuk və bambuk lifindən çəngəl-bıçaq, qablaşdırma, qab-qacaq, plyonka və digər məhsullar hazırlanır.

Məsələn, Çjetszyan əyalətinin Anci rayonunda bəzi yerli mağazalarda plastik paketlər tərkibində 60% bambuk tozu olan paketlərlə əvəzlənib. Yerli hakimiyyətin məlumatına görə, bu paketlər təxminən üç aya parçalanır.

Rayondakı 300-dən çox restoran və oteldə bambukdan hazırlanmış qab-qacaqdan istifadə olunur.

Bununla belə, bambuk məhsullarını tam mənada birmənalı şəkildə “ekoloji” adlandırmaq olmaz. Onların ətraf mühitə təsiri bambukun yetişdirilməsi, emalı, daşınması və utilizasiyası üsullarından asılıdır.

Buna baxmayaraq, Çin sürətlə böyüyən bambuku birdəfəlik plastikə əsas alternativlərdən birinə çevirmək üçün artıq genişmiqyaslı təcrübə həyata keçirir.

#Çin #Bambuk #Plastik #Ekologiya #YaşılTexnologiya
August 31, 2026 179 1