🇮🇷💥 ABŞ-nin İranın Larak adasına endirdiyi zərbələr nəticəsində azı iki nəfər ölüb, daha iki nəfər yaralanıb.
Tasnim agentliyinin məlumatına görə, hücum zamanı azı iki nəfər həyatını itirib, daha iki nəfər xəsarət alıb.
Fars agentliyi də ABŞ-nin Larak adasına zərbələr endirdiyini təsdiqləyib. Agentlik adada “mənşəyi məlum olmayan” bir partlayış səsinin eşidildiyini bildirib.
Al Jazeera-ya danışan amerikalı rəsmi isə bildirib ki, zərbələrin hədəfi İranın raket buraxılış qurğuları olub. Onun sözlərinə görə, həmin qurğular Hörmüz boğazı istiqamətində kaset döyüş başlıqlı raketlərin buraxılışına hazırlaşdırılırdı.
İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin Larak adasına hücumuna cavab veriləcəyini bəyan edib.
Korpusun məlumatına görə, hücum nəticəsində bir neçə hərbçi, eləcə də mülki şəxslər ölüb və yaralanıb.
“Terrorçu düşmənin Larak adasına qarşı təcavüzü cavabsız qalmayacaq və təcavüzkar cəzalandırılacaq”, - İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi, briqada generalı Mohebbi X platformasında yazıb.
#İran #ABŞ #Larak #Hörmüz #SEPAH
August 31, 2026 178



