Rəqqasə Rəna Ağamuradova (Renka) “Göz-gözə” youtube layihəsində şəxsi həyatı və övladları ilə bağlı səmimi açıqlamalar verib.
Renka ailə qurmaq istəmədiyini və azadlığı sevdiyini bildirib:
“Ailə həyatı qurmaq istəmirəm. İki uşaq anasıyam, kimdir məni alan? Mən Dolça bürcüyəm, ona görə də ayrıldım. Gəzmək, azadlıq, dünyanı görmək istəyirəm. Ailə mənlik deyil”.
Rəqqasə qızının fotoqrafiya ilə məşğul olduğunu, övladlarının brend məhsullara maraq göstərmədiyini deyib. O, uşaqlarının atası ilə görüşdüyünü də qeyd edib.
Renka qızının hara getdiyini nəzarətdə saxladığını da etiraf edib:
“Qızım hara gedirsə, onu izləyirəm. Restoran sahibləri tanışımdır. Qızım dostları ilə gedəndə zəng vururam ki, onun görüntüsünü atın. Baxıram, kimlə oturub, sonra rahatlayıram”.















