#öykücük
Bu sazın səsi ertəçağı (səhər) çıxar;
Bir gеcə iki oğru bazarda bir qızıl tükanından oğurluq edirdilər. Biri tükanın içinə girib torbanı doldururdu, öbürü (obiri) isə tükanın dışarısında (eşiğində) durub bir telsiz köhnə sazı əlində tutaraq yalandan barmaqlarını dəbərdirdi.
Yoldan keçən biri soruşdu: nə iş görürsən?
Saz çalan oğru dedi: saz çalıram.
Yoldan keçən dedi: niyə səsi çıxmır!?
Oğru dedi: bu sazın səsi ertəçağı çıxar!
🔹 Ətək yazı:
Bir sıra olayların ya da işlərin etkisi (təsiri), nə olması eləcə də sonucu (nəticəsi) ortalıq açığa çıxdığında bəlirlənər.
***
#اؤیکوجوک
بۇ سازین سسی ائرتهچاغی (سحر) چؽخار؛
بیر گئجه ایکی اوْغرو بازاردا بیر قؽزیل تۆکانیندان اوْغورلوق ائدیردیلر. بیری تۆکانین ایچینه گیریب تـوْربانی دوْلدوروردو، اؤبۆرو (اوْبیری) ایسه تۆکانین دؽشاریسیندا (ائشیگٖینده) دۇروب بیر تئلسیز کؤهنه سازی الینده تۇتاراق یالاندان بارماقلارینی دبَردیردی.
یـوْلدان کئچن بیری سـوْروشدو: نه ایش گؤرورسن؟
ساز چالان اوْغرو دئدی: ساز چالیرام.
یـوْلدان کئچن دئدی: نێیه سسی چؽخمیر!؟
اوْغرو دئدی: بۇ سازین سسی ائرتهچاغی چؽخار!
🔹 اتَک یازی:
بیر سؽرا اوْلایلارین یا دا ایشلرین ائتکیسی (تأثیری)، نه اوْلماسی ائلهجه ده سـوْنوجو (نتیجهسی) اوْرتالیق آچیغا چؽخدیغیندا بلیرلهنر.
╭••••••••••••••••••••••••••••••••╮
╰➤@dilocaqi
***
#Türkcə_yazalım
#Türkcəni_yayqınlaşdıralım
#Kimliğimiz_qorunsun
╰••••••••••••••••••••••••••••••••╯
3September 6, 2026 19