🕊️ Tövbə bir anın peşmanlığı, yoxsa bir ömrün istiqamətini dəyişən qayıdış?
İnsan səhv edir, peşman olur, üzr istəyir, vurduğu zərəri düzəltməyə çalışır… Bəs bütün bunlar tövbə üçün kifayətdirmi?
Bu gün süni intellekt də səhvi müəyyənləşdirə, “üzr istəyirəm” deyə və növbəti davranışını dəyişə bilir. Bəs insanın tövbəsini sadəcə səhvi düzəltməkdən fərqləndirən nədir?
🎙️ “Hikmət Evi”nin yeni buraxılışında tövbənin mahiyyətini müasir insanın vicdanı, mənəvi dönüşü, ictimai məsuliyyəti və süni intellekt dövrünün ortaya çıxardığı yeni suallar fonunda araşdıracağıq.
💭 Tövbə necə olmalıdır və onun həqiqiliyini nə müəyyən edir?
🧭 Tövbə yalnız keçmişə görə peşmanlıqdır, yoxsa insanın mənəvi istiqamətini dəyişərək Allaha qayıdışıdır?
🤝 Üzr istəmək, istiğfar, islah və başqalarının haqqını bərpa etmək tövbə ilə necə əlaqəlidir?
🔍 Və bütün bu sualların mərkəzində:
TÖVBƏSİZ İNSAN MÜMKÜNDÜRMÜ?
📅 10 oktyabr
⏰ Saat 20:00
▶️ Hacı İlqar İbrahimoğlunun rəsmi YouTube səhifəsində
🔔 İzləməyi unutmayın!












