Höccətül-İslam Nasir Rəfii: İmam Rzadan (ə) soruşdular ki, Allahın ən yaxşı bəndəsi kimdir? Buyurdu ki, beş xüsusiyyəti olan kəs:
......
1.
الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا
O kəslər ki, insanlara xidmət edəndə (yaxşılıq edəndə), sözün əsl mənasında xidmət edirlər, sevinirlər və minnət qoymurlar.
Allaha həmd olsun ki, o, məndən ona zamin olmağımı istədi.
Allaha həmd olsun ki, məndən ona borc pul verməyimi istədi.
Şükür Allaha ki, maşınımın qabağını kəsdi ki, onu mindirim.
İnsan böyük qəlbə sahib olmalıdır ki, həm xidmət etsin, həm də təşəkkür etsin: "Ağa, çox sağ ol ki, məndən kömək istədin, lütf etdin məndən maşın istədin."
الَّذِينَ إِذَا أَحْسَنُوا اسْتَبْشَرُوا
Yaxşılıq edəndə, nə minnət qoyurlar, nə əziyyət verirlər, nə də kobudluq edirlər, üstəlik sevinirlər.
...........
2: Bu sizin daha çox işinizə yarayar. Bu ikinciyə daha çox diqqət edin.
وَ إِذَا أَسَاءُوا اسْتَغْفَرُوا
"Günah etdikdə, tövbə edirlər."
Bir günah etdikdə, onu yozmurlar. (Əsaslandırmağa və haqq qazandırmağa çalışmırlar.)
Həyatınızda günah baş verə bilər, gəncsiniz! Amma sizi and verirəm Həzrət Abbasa, onu yozmayın.
Dərhal bağışlanma diləyin: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh" - deyin. Deyirlər ki, yeddi saat ərzində günahı yazmırlar. Əgər insan tövbə etsə, təmizlənər.
Günahı yozmaq (ona bəhanə tapmaq) günahın özündən də pisdir.
.............
3.
وَ إِذَا أُعْطُوا شَكَرُوا
"Allah onlara bir nemət verəndə, şükür edirlər."
Bir az diqqətlə qulaq asın, bu nə deməkdir?
"Yaxşı! İlahi, nə vaxt nemət versən, şükür edərik." "Nə vaxt nemət versən" nə deməkdir?
Bu, hovuzda, suyun içində olan bir adamın "nə vaxt suya girsəm, üzəcəyəm" - deməsinə bənzəyir.
Sən zatən suyun içindəsən! Fərqində deyilsən.
"Nemət versə, şükür edərəm" — yəni nəfəs alırsansa nemətdir, baxırsansa nemətdir, danışırsansa nemətdir.
Biz hər an nemətin içindəyik. Şükür hissimiz olmalıdır.
.................
وَ إِذَا ابْتُلُوا صَبَرُوا
Əziz bəylər və möhtərəm bacılar! Allahın yaxşı bəndələrinin 4-cü xüsusiyyəti bəlalar və çətinliklər zamanı səbir etməkdir.
"Səbbar" - çox səbir edən - kəlməsi Qurani-Kərimdə dörd dəfə işlənib.
İndidən özünüzü səbirli böyüdün, səbirli olmağı məşq edin.
Sizə bunun bir yolunu da deyim ki, necə məşq edəsiniz: "Əsr" surəsini çox oxuyun. Gün ərzində bir dəfə "Əsr" surəsini oxuyun.
............
5.
وَ إِذَا غَضِبُوا عَفَوْا
..........
"Qəzəbləndikdə bağışlayırlar."
Söyüşə söyüşlə cavab vermirlər, təhqirə təhqirlə cavab vermirlər. Bu çox mühümdür.
@MaideTV