Dostlar, sizlərlə sevincimi bölüşmək istəyirəm. Bir az uzun olacaq, üzrlü sayın.
Yene də myyardım platformasından yazacam.
Niyə birdən ağlıma belə bir ideya gəldi, ideya necə reallaşdı və ən əsası nəticə oldu mu?
Mən Polşada yaşayıram, artıq 7-ci ildir və bura yeni gəldikdə mənim diqqətimi çəkən şeylərdən biri burada küçə it və pişikləri olmadığıdı. İlk vaxt qəribə və maraqlı gəlirdi ki, zibilliyin yanından keçdikdə üstünə 3-4 it cummursa, bu nə yaşayışdı?! 😁
Vaxt ötdükcə bu artıq mənim üçün normal bir hala gəldi və bu haqqda heç düşünmürdüm də. Facebook’da və insatgram’da tez-tez rastıma çıxırdı ki, Azərbaycanda filan şəhərdə yiyəsiz itlər adamlara hücum edib, filan şəhərdə uşaq dişləyib və s. Burada yaşadığım müddət ərzində həmişə düşünürdüm və çalışırdım ki, burada (Polşada) gördüklərim yaxşı nümunələri Azərbaycana necə proyeksiya edə bilərəm, necə öz vətənim üçün kiçik də olsa bir xeyirim dəyə bilər.
Və budur, özüm üçün missiya seçdim, öz ağlımda, Bakının, Gəncənin, Sumqayıtın və ya hər hansı bir şəhər və rayonumuzun hansısa bir hissəsini bu problemdən qurtarmaq, sonra “ayıldım” ki bu elə də asan bir iş deyil: dövlət dəstəkləməlidir, çoxlu sayda vəsait və insan resursları tələb edən işdir.
Okay, fikirləşməyə davam etdim, bəs bu vəsaitləri və insan resurslarını necə toplamaq olar, hələki dövlətin dəstəyi olmadan, öz gücümüzə nəsə etmək məqsədiylə. Bu sualın cavabını Polşanın resursları olan Zrutka, Siepomaga (Gofundme kimi platformalardı) platformalarında tapdım.
Deməli insanlar, dövlətin dəstəyi belə olmadan öz gücləriylə, öz resursları ilə hansısa bir lokal problemin həlli üçün bir ianə yığımı açırlar və qısa bir zamanda vəsait toplanır və problem aradan qalxır. Çox sadə səslənir: ianə açırsan — problemin real olduğunu təsdiqlə — insanlardan dəstək al (ironik olsa da, yazacam, “Allah yardımçı” olsun dəstəyi yox, real və problemin həll etməsinə aparan yardım).
Okay, araşdırmağa başladım, düşündüm ki bizdə də belə bir resursun olmağı mütləqdir və belə bir resursun təsirini görüb, amma Azərbaycada lokal həllinin olmamağı məni məyus etdi.
Və budur, niyə də mən belə bir resursun-platformanın Azərabycanda açıb və ianlərin toplanmasını Facebook, Tiktok, Instagram’da deyil, bu platformada etməyin yaradıcısı olmayım?! Ritorik sualdır, çünki artıq cavab var idi ağlımda, ən azından yoxlayım, itirəcəyim bir şey yoxdur, ama qazanacağım çox şey ola bilər.
Yoxladım və alınmağa başladı. İlk real ianə yığımları, ilk real donatlar (ianələr)…sevinirəm və parallel olaraq irəlidə necə çətin yol gözlədiyini anlayıram.
Hər hansı bir saytın, tətbiqin, platformanın və rəsursun uğurlu olub olmamağını yoxlamaq üçün traffic lazımdı, çünki real istifadəçilər ancaq sənə məhsulunun uğurlu olub olmamağını göstərə bilər.
Statistika: Facebook Ads’dən platformaya yerləşdirilən ilk yığımı üçün reklama başladım. Reklam Meta tərəfindən Bakı vaxtı ilə saat 7də təsdiqləndi. Və 10 saat işləyən reklam 6 ianə toplayıb, 4144 baxış, 55 reaksiya (like və s), 111 nəfər platformaya keçid edib…möhtəşəm sadəcə.
Növbəti dəfə, əgər 1 nəfər belə bu yazını axıra qədər oxuyub bir fikir bildirsə, platformanın texniki tərəfini və necə hazırladığım haqqda yazacam, güləcəksiz 😁
Hamınıza, ideyamın reallaşdırmasını və uğuru görüb keçirdiyim sevinc hisslərindən arzu edirəm ✌🏻