Qısacası, başladım 🧤 Kanalda yazmışdım ki mağaza yığacam və göstərəcəm. Bir az gecikdim, amma səbəb “çox çətin oldu” deyil. Sadəcə əsas işim var və vaxtımı + enerjimi çox alır. Bunu isə boş vaxtda yığmışam. ⸻ Ümumiyyətlə, bu dropshipping mövzusu mənim üçün sıfır deyil. Bir dəfə artıq cəhd etmişdim — amma alınmadı. Onda tez bezdim, uğurlu məhsulu tapa bilmədim, yarımçıq qoydum, bəzi şeyləri də tam başa düşmürdüm və s. Bu dəfə isə qərar verdim ki, nə olur-olsun, axıra qədər aparacam. Və prosesi də burada paylaşacam. ⸻ Son 1-2 gündə boş vaxt tapdıqca mağaza ilə məşğul olurdum. Shopify-da mağaza açdım, məhsul seçdim (RGB künc lampası), bir neçə məhsul əlavə etdim, çatdırmanı qoşdum, saytı Azərbaycan dilinə çevirdim, dizaynı bacardığım qədər yığdım. ⸻ Düzünü desəm, bunu görən başa düşər ki, “bu 2 saata yığılıb” 😄 Və haqlıdır. Amma məsələ ondadır ki, o 2 saatı tapmaq bəzən daha çətindir. ⸻ Bu prosesdə ChatGPT-dən də istifadə etdim. Bəzi şeyləri izah etdi, bəzilərində istiqamət verdi, ümumiyyətlə vaxtımı xeyli qısaltdı. ⸻ İndi isə real vəziyyət: Mağaza hazır deyil. Hətta desəm ki, xamdır — daha düz olar. — bəzi yerlərdə dil qarışır — bəzi yerlər hələ boşdur — ümumi olaraq hələ “oturmayıb” Bunları bilirəm və yaxın günlərdə düzəldəcəm. ⸻ Sadəcə istəmədim ki, yoxa çıxım. “Hazır olanda göstərərəm” demək əvəzinə, indiki vəziyyəti paylaşmaq daha maraqlıdır. ⸻ Hal-hazırda belədir: 👉 Evimly (aldığım domeni hələ Shopify’a quraşdırmamışam) ⸻ Bir xahişim var. Hər kəs linkə daxil olub və öz fikrini yazsın: İlk olaraq sizə nə pis görünür? Nə etibar yaratmır? Harada problem var? Açıq yazın, rahat 😄 Mən də düzəltməyə çalışacam. Növbəti post mağaza tam satmağa hazır olduqda paylaşacam və tam detallı şəkildə nəyi və necə etdiyimi izah edəcəm. Bu arada, yazan və reaksiya verən hər kəsə sağ olun. Açığı, bu da bir növ məni “itələyir” ki, vaxt tapıb davam edim ❤️
Qısacası, başladım 🧤 Kanalda yazmışdım ki mağaza yığacam və… — Bacarıq İqtisadiyyatı — TG.ME
March 23, 2026 81 10