İnsanlar qəfləti həyatlarının adi bir hissəsinə çeviriblər.
Yemək yeyəndə telefona baxırlar, iş görəndə musiqi qoşurlar, ayaqyoluna belə telefonla girirlər, yolda gedəndə podkast dinləyirlər. Gün ərzində bir dəqiqə belə sakit qalmırlar.
Sonra da özlərini yorğun, həvəssiz və Allahdan uzaq hiss edirlər.
Çünki qəlbin də sakitliyə ehtiyacı var. İnsan hər an nəsə izləyib, dinləyib, telefonda vaxt keçirəndə düşünməyə və Allahı xatırlamağa vaxt qalmır.
















