Toyuqlu pizza"👩‍🍳 Xəmir üçün🍕 2 stəkan un 0,5 x,q maya 2 x,q… — 😍LƏZZƏTLİ MƏTBƏXİM🍕🍗🥘 — TG.ME

"Toyuqlu pizza"👩‍🍳

Xəmir üçün🍕
2 stəkan un
0,5 x,q maya
2 x,q zeytun yağı
1 ç.q duz
Apardığı qədər ilıq su

Üzəri üçün👩‍🍳
200 qr toyuq filesi
1 ədəd pomidor
1 ədəd bibər
100 qr qara zeytun
200 qr mozzarella pendiri
Duz, istiot

Sousu üçün
1 x,q pomidor tomatı
1 x,q ketçup
1 x,q zeytun yağı
1 ədəd (diş) sarımsaq
1 ç.q oregano
Bir qədər ilıq su
Duz, istiot, pulbibər

Hazırlanma qaydası👩‍🍳
İlk öncə xəmiri yoğurub, mayalandırırıq. Mayalanmış xəmiri sobanın listinə nazik bir şəkildə yayırıq. Hazırladığımız sousu üzərinə çəkirik. Bişirilmiş və doğranılmış toyuq filesi və tərəvəzləri sırası ilə düzürük. Duz, istiot səpib, sobada 200'C də 15 dəqiqə bişiririk. Sobadan çıxararkən isti-isti süzgəcdən keçirilmiş pendiri pizzamızın üzərinə səpirik.
Nuş olsun!
🌸

https://t.me/lezzetlimutfak
❤1
August 22, 2026 77 1