🍎😍 Almalı Peçenye – Forma verməkdə çətinlik çəkənlər üçün ən asan üsul! Çayın yanında ağızda dağılan, ətri ilə hər kəsi valeh edən möhtəşəm peçenye. ☕❤️ 📌 Lazım olacaq ərzaqlar: 🔸 120 qr kərə yağı (otaq temperaturunda) 🔸 1 ədəd yumurta 🔸 1 çay stəkanı şəkər pudrası 🔸 1 çay stəkanı nişasta 🔸 Yarım çay stəkanı duru yağ 🔸 3 x.q. qatıq 🔸 1 ç.q. qabartma tozu 🔸 1 paket vanilin 🔸 3 stəkan un 🍏 İçlik üçün: 🔸 4 ədəd alma 🔸 5 x.q. şəkər tozu 🔸 Darçın 🔸 İstəyə görə qoz ✨ Hazırlanması: Almaları rəndələyib şəkərlə birlikdə suyunu çəkənə qədər bişirin, darçın və qoz əlavə edib soyudun. Xəmiri hazırlayıb iki hissəyə bölün, yayın, içliyi əlavə edib rulet formasında bükün. Dilimləyib 170°C sobada qızılı rəng alana qədər bişirin. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpin. Hazırlayacaq hər kəsə nuş olsun!🥰 https://t.me/lezzetlimutfak
Almalı Peçenye – Forma verməkdə çətinlik çəkənlər üçün ən asan üsul!… — 😍LƏZZƏTLİ MƏTBƏXİM🍕🍗🥘 — TG.ME
August 22, 2026 72