Hello guyslar 🫶🏻🫧💜
Bilirsiniz ki, mən blogumda həm karyera, həm marketinq, həm də planlı və sistemli həyat tərzi haqqında danışıram. Motivasiya hər zaman bizimlə olmur. Amma əvvəlcədən qurulmuş sistem və planlar bizə kömək edir ki, hətta motivasiyasız olduğumuz günlərdə belə özümüzün ən yaxşı versiyasına doğru addımlayaq.
Bugün sizin üçün 5 əsas vərdiş paylaşmışam ki, həyatınızı daha sistemli və balanslı qura biləsiniz.
Unutmayın💡 biz heç vaxt 100% sistemli olmaq məcburiyyətində deyilik. Sadəcə məqsədimiz – özümüzün daha sakit, yığılmış və balanslı versiyası olmaqdır.
1. Həftəlik plan yazmaq 🗓️
Hər bazar günü 15 dəqiqəlik zaman ayıraraq qarşıdakı həftənin əsas hədəflərini və işlərini yaz. Məsələn: bazar ertəsi idman, çərşənbə axşamı kontent çəkilişi, cümə günü dostlarla görüş. Bu sənin günlərini daha məqsədli və az stresli edəcək.
2. Günü 3 əsas prioritetlə başlamaq✅
Səhər durduqda 3 əsas iş yaz: məsələn – təqdimat hazırlamaq, 30 dəqiqəlik idman, 1 Reels paylaşmaq. Əgər bu 3 işi tamam etsən, günün səmərəli keçmiş sayılır. Qalanları əlavə olar.
3. Blok-vaxt metodu ilə çalışmaq⏰
Səhər saatları fokus işi üçün, günorta vaxtı sosial media və ya ev işləri üçün, axşam isə özünə vaxt üçün ayır. Məsələn: saat 09:00–11:00 – kontent yazmaq, 11:00–12:00 – idman, 14:00–15:00 – sosial media. Bu, diqqətini yayındırmadan işlərini bitirməyə kömək edir.
4. ‘Yox’ deməyi öyrənmək 🚫
Hər dəvətə, hər tapşırığa ‘bəli’ demək, sonda özünü yorulmuş hiss etməyə gətirib çıxarır. Sən prioritetlərinə uyğun olaraq bəzən ‘yox’ deməlisən. Bu – eqoizm deyil, özünə qayğıdır.
5. Rəqəmsal təqvim və task-list istifadə etmək📱
Google Calendar, Notion və ya To-Do kimi tətbiqlərlə planlarını yazılı və vizual görmək sənin beynindəki yükləri azaldacaq. Məsələn: ‘bazar eetəsi – video çəkmək’, ‘çərşənbə günü – kontent planı hazırlamaq’. Beləliklə heç nəyi unutmayacaqsan və prioritetlərini görəcəksən.
Unutmayın 🌿 sistem sizin düşməniniz deyil – əksinə, sizə yükü bölüşməyə kömək edən sadiq bir tərəfdaşdır. Bəzən hər şey plana uyğun getməyə bilər və bu tamamilə normaldır. Əsas məsələ – yolda qalmaqdır.
Əgər sizə bu mövzular maraqlıdırsa, mənim YouTube kanalımda daha ətraflı videolar var.
Buradan izləyə bilərsiniz.💻💫
Sevgilərlə,
Ülkər