“Anthropic” və "Netflix" Azərbaycanda vergi uçotuna alınıb
Azərbaycanda elektron xidmət göstərən 4 beynəlxalq şirkət vergi uçotuna alınıb. Onların arasında Anthropic, Aghanim, eBay Marketplaces və Netflix International yer alır. Yeni qaydalara əsasən, ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident rəqəmsal xidmət platformaları 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdır. Şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 1 sentyabr 2026-dan qüvvəyə minəcək. Qayda elektron kitab, musiqi, video, proqram təminatı və digər rəqəmsal xidmətlərə şamil olunur.
Artıq istifadəçilər abunəlik üçün əlavə vergi ödəməyəcəklər.



















