Xədicə ilə evlənməsi
Məkkəyə qayıtdıqda Xədicə malında heç görmədiyi bərəkət və əmanətə göstərilən həssaslığı gördü. Həmçinin Meysərə də Peyğəmbərimizdə (sallallahu aleyhi və səlləm) gördüyü yüksək mədəniyyəti, gözəl sifətləri, dəqiq fikri, doğru sözlülüyü və əmin davranışları barədə Xədicəyə xəbər verdi. O, artıq axtardığını tapmışdı. Həmin vaxt qəbilə rəisləri və hörmətli şəxslər ona bir neçə dəfə evlənmək təklif etmişdilər. Lakin o, hər dəfə bu təklifləri rədd edirdi.
Xədicə ürəyindən keçənləri rəfiqəsi Nəfisə binti Məniyyəyə dedi. Nəfisə də Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yanına gedərək ona Xədicə ilə evlənməsini təkli etdi. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də bu təkliflə razılaşdı. Əmiləri ilə danışdı. Onlar da Xədicənin əmisinin yanına getdilər. Xədicəni Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) istədilər. Bundan sonra nikah bağlandı. Haşim oğulları və Müzər qəbiləsinin ağsaqqalları nikahda iştirak etdilər. Bu nikah, Şamdan qayıtdıqdan iki ay sonra bağlanmış və Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Xədicəyə 20 uqiyyə mehr vermişdi.
Evləndiyi vaxt qırx yaşında olan Xədicə soy, sərvət, ağıl və dünyagörüşü baxımından qövmünün qadınları arasında ən üstün idi. Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) evləndiyi ilk qadındır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Həzrət Xədicə vəfat edənə qədər başqa qadınla evlənməmişdir.
Kəbənin yenidən inşası və “hakim” məsələsi
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) 35 yaşlarında olanda Qureyş Kəbeyi-Müəzzəməni yenidən inşa etmişdi. Çünki Kəbənin bir adam boyundan yuxarı hissəsi üst-üstə qoyulmuş daşlardan ibarət idi. Hündürlüyü Həzrət İsmayıl (əleyhissalam) zamanından bəri doqquz zira olub tavansızdı. Buna görə də bir qrup oğru Kəbənin içindəki xəzinəni oğurlamışdı.
Kəbə zamanla bəzi fəlakətlərə məruz qaldı. Həzrət Muhammədə (sallallahu aleyhi və səlləm) Peyğəmbərlik verilməsindən beş il əvvəl Məkkəyə güclü sel gəlmiş, bu səbəblə Kəbeyi-Müəzzəmə dağılmağa başlamışdı. Buna görə də Qureyş Kəbeyi-Müəzzəmənin dəyərini təqdir edərək binasını yenidən
inşa etməyə qərar verdi. Kəbənin inşası əsnasında sadəcə halal maldan istifadə etmək, haqsız qazanc və ya yalan ticarətlə əldə edilən puldan istifadə etməməyə söz verdilər.
Kəbəni dağıtmaq onlara çətin gəlsə də, sökməyə əvvəlcə Vəlid ibn əl-Muğirə əl-Məxzumi başladı. Vəliddə heç bir şey olmadığını görən əhali də onun ardınca işə başladılar. Söküntü işləri davam etdi və nəhayət Həzrət İbrahimin (əleyhissalam) qoyduğu bünövrəyə çatdılar.
Sonra bu bünövrənin üstündə yenidən bina inşa etməyə başladılar. Kəbəni hissələrə bölərək, hər qəbiləyə hissənin inşasını tapşırdılar. Hər qəbilə öz paylarına düşən daşları özləri yığaraq inşaata başladı. Bina “Həcəri-Əsvədin” olduğu yerə qədər ucaldıldı. “Həcəri-Əsvədi” yerinə qoyma şərəfinə nail olmaq haqqında ixtilafa düşdülər. Mübahisələr 4-5 gün davam edərək şiddətləndi.Nəhayət Əbu Ümeyyə ibn əl-Muğirə əl-Məxzumi bu mübahisəyə son qoymaq üçün belə bir təkli etdi: “Məscidi-Həramdan içəri olaraq ilk daxil olan şəxs aramızda hakimlik etsin!” Hamı bu təkliflə razılaşdı.
Allah-Təəla ilk gələn şəxsin Rəsulullah (sallallahu aleyhi və səlləm) olmasını təqdir etdi. Onu görənlər belə dedilər: “Bu, əmin (etibarlı) insandır. Bu şəxsin hakimlik etməsinə razıyıq. Çünki o, Muhamməddir.”Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) onların yanına gələndə vəziyyəti ona izah etdilər. O isə bir örtü gətirilməsini istədi. Bir örtü gətirdilər. Sonra o, örtünü yerə sərdi və “Həcəri-Əsvəd”i onun ortasına yerləşdirdi. Bir-biriləri ilə müharibə həddinə çatan dörd qəbilənin başçısını çağırdı. Örtünün hər tərəfindən birinin tutmasını onlara tapşırdı. Bu şəkildə “Həcəri-Əsvəd”i qaldıraraq daşın qoyulacağı yerə gətirdilər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) daşı öz əli ilə götürüb yerinə yerləşdirdi. Bu, orada iştirak edən bütün qəbilələrin razı qalındığı bir qərar oldu.Qureyş Kəbənin inşasına halal qazancsından xərclədi. “Hicr” və “Xətim” adı verilən Kəbənin şərqindən 6 zira (təxminən 3 metr) qədər bir yeri Kəbənin xaricində saxladılar. Sadəcə arzu etdikləri insanlar girə bilsinlər deyə Kəbənin qapısını yerdən hündür etdilər. Bina 15 ziraya çatanda 6 dirək üzərində tavan inşa etdilər. Kəbənin inşaat işləri başa çatdıqdan sonra hündürlüyü 15 metr, “Həcəri-Əsvəd” olan xəttin və onun qarşısındakı xəttin uzunluğu hər biri 10 metr olub kub şəklini xatırladan bir bina halına gəldi. “Həcəri-Əsvəd” isə təvaf yerindən 1,5 metr hündürlükdə (küncdə onun üçün hazırlanan oyuğa) qoyuldu. Kapının yerləşdiyi tərəf ilə qarşısındakı tərəfin hündürlüyü 12 metr, qapının yerdən hündürlüyü 2 metr idi. Kəbeyi-Müəzzəmənin inşasının davamı olaraq hündürlüyü təxminən 25 sm, eni 30 sm olan “Şadırvan” adı ilə bilinən binanı kənardan və aşağı tərəfdən əhatə edən, yerdən bir az hündür bir kəmər saxlanılmışdır. Bu, Kəbeyi-Müəzzəmənin əslinə aid olduğu üçün Qureyş bunu qoruyub saxlamışdı.
Peyğəmbərlikdən əvvəlki ümumi vəziyyət
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) insana xas olan bütün üstün keyfiyyətləri özündə cəm etmişdi. Kəskin fikir və doğru qərar xüsusunda uca bir şəxsiyyət idi. Yaradılış gözəlliyi, nəcib düşüncə və sarsılmaz məram xüsusundakı nəsibi geniş idi. Tərtəmiz ağlı və saf yaradılışı ilə həyatın səhifələrini, insanların vəziyyətini, cəmiyyətinin halını aydınlaşdırmağa çalışırdı. Ətrafındakı xürafələri görür və bunlardan dərhal uzaqlaşırdı. İnsanlarla olan münasibətlərini həm öz vəziyyətini, həm də onların vəziyyətlərini nəzərə alaraq qururdu. Gördüyü hər gözəl hərəkəti təqdir edir, o işdə iştirak edir, gözəl davranış görmədikdə isə inzivaya çəkilirdi. Əsla şərab içmir, bütlər adına kəsilən qurbanlardan yemir, bütlərlə əlaqəli mərasim və bayramlarda iştirak etmirdi. Yeniyetmə cavanlıq çağlarından bəri batil tanrılara nifrət edirdi. Hətta hiç bir şeyə onlardan daha çox nifrət bəsləmirdi. Lat və Uzza adına içilən andları eşitmək belə istemirdi.Şübhəsiz ki, ilahi qədər onu qoruyurdu. Bəzi qeyri-etik dünyəvi zövqlərə və ya xoş olmayan bəzi adət və ənənələrə meyl etdikdə, ilahi bir əl bu kimi yerlərlə onun arasında maneə yaratmaq üçün dərhal müdaxilə edirdi.İbnül-Əsir Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) belə buyurduğunu nəql edir: “Cahiliyyə insanlarının etdiyi şeylərə yalnız iki dəfə təşəbbüs etmişdim. Lakin Allah-Təəla bunlarla arama maneə qoydu və mən bir də bu kimi şeylərə təşəbbüs göstərmədən mənə Peyğəmbərliyi ehsan etdi. Bir gecə Məkkənin yuxarı hissəsində mənimlə birlikdə qoyun güdən uşağa dedim: “Mənim də qoyunlarıma bax, mən Məkkəyə gedim, gənclərin əyləndiyi kimi əylənim!” O da: “Olar, baxaram!” – dedi. Yola çıxdım. Məkkənin kənarındakı ilk evinin yanına yaxınlaşanda çalgı və nəğmə səsləri eşitdim. “Bu nedir?” – dedim. “Filankəslə, filankəsin toyu var!” – dedilər. Bir az istirahət etmək üçün oturdum. Lakin dərhal yuxuya getdim. Bir qədər sonra günəşin istisi məni oyandırdı. Geri qayıtdım. Yoldaşım məndən necə əyləndiyimi soruşdu. Mən də başıma gələnləri ona danışdım. Bir gün yenə eyni şeyi təkrarladım. Məkkəyə girdim. Əvvəlki kimi yenə yolda oturdum və yatıb qaldım. Sonralar ise bir daha belə bir hərəkətə təşəbbüs göstərmədim.”Buxari
Cabir ibn Abdullahdan (radiyallahu anhə) rəvayət edir:
“Kəbənin yenidən inşası əsnasında Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) və Abbas daş daşıyırdılar. Abbas Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) dedi: “Örtünü boynuna at ki, səni daşlardan qorusun!” Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) ayıldıqdan sonra bir müddət səmaya baxdı ve: “Məni örtün, örtün!” – dedi. Örtüsünə büründü. Bir rəvayətdə isə: “Bundan sonra onun örtüsü hiç açılmadı”, – deyə nəql edilmişdir.”Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) qövmü arasında gözəl, yüksək əxlaq və dəyərli vəsiflərlə tanınmışdı. Qövmünün ən üstünü, ən gözəl əxlaqlısı, qonşuluq bakımından ən yaxşısı, ən büyük təmkinlisi, ən doğru sözlü, ən mülayim təbiətli, ən iffətli, ən comərd, ən xeyirxah, sözündə sadiq, vəfakar, əmanətə ən çox riayət edən şəxsiyyət idi. Belə ki, bu yüksək keyfiyyətlərinə görə qövmü onu “əl-Əmin” olaraq adlandırmışdı. Bir sözlə, Peyğəmbərimizdə (sallallahu aleyhi və səlləm) bu gözəl əxlaq və yaxşı xüsusiyyətlərin hamısı bir yerdə cəm olmuşdu.