Kondisionerin vurduğu sərin havanın təsirindən onurğasında problem olanlarda əzələlər sıxıldığı üçün kəskin ayaq, bel və kürək ağrıları ola bilər. Virus və bakteriyalar nəm mühitdə daha çox qalır və inkişaf edirlər. Havanı nəm saxladığına görə mikroblar kondisionerin filtrlərində daha çox qalır. Əvvəla, çalışmaq lazımdır ki, həmin filtrlər tez-tez təmizlənsin. Digər tərəfdən həmin mühitdə olan viruslar məhv olmadığı üçün dövr edərək otaqda olanları yoluxdura bilər”.
Yaxşı olar ki, uşaq olan otaqda kondisionerlər işlədilməsin. Dəhlizdə və yan otaqda işləyən kondisionerin verdiyi sərin havanın həmin otağa keçməsi kifayət edir.
Saglamolun.Az
August 27, 2026 32 1