Dünən Bifrostda üç smart kontrakta hücum olubmuş.
Deməli, həftədə altı gün elədiyim kimi dünən də izləmə siyahımdakı protokollardan Bifrosta baxanda anormal depeg müəyyən elədim - spred təxminən 55 - 57% idi. Qeyri effektivlik müəyyən edib qazanc götürmək istəyən biri üçün bu bir çiklda depozitə +55% deməkdir.
Açığı hələ də onchain monitorinqə vaxtım olmayıb, əminəm ki məndən başqaları da "işə çıxmışdı." Çünki, mən elə iki kruq eləməyə uspet eləməmiş spred 10%-ə düşdü.
Sonra depoziti artırmaq üçün Binance-da kreditə keçməli oldum və depeg faizi 1%-ə yaxınlaşanda qazancı götürüb yenidən Binance-a qayıtmalı və kredit borcunu bağlayıb zəmanəti geri çəkdim.
Bu gün isə məlum olur ki, sən demə dünənki depegin səbəbi hack imiş və ən maraqlısı odur ki, hücum edən tərəf də eynilə mənim kimi əldə etdiyi tokenləri HitBTC birjası ilə yanaşı həm də Binance-a köçürüb.
Bifrost bütün tranzaksiyaları analiz edib və hər iki birjaya, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edib.
Mənim əlim təmizdi, mən heçnə oğurlamamışam, sadəcə olaraq aktivi dəyərindən çox ucuza alıb, normal bazar qiymətinə satmışam. Amma hipotetik olaraq oxşar bir hal ənənəvi bank sistemi ilə əlaqəli olsaydı indi bandotdeldə dərdimi danışmağa bir nəfər də tapa bilməzdim. Xoşbəxtlikdən onchain analiz etmək üçün bütün tranzaksiyalar açıqdı.
İndi isə qayıdaq bir neçə gün əvvəlki, sorğuya - əslində elə ənənəvi maliyyə institutlarında bizim pullarımızın saxlanması halında həmin pul üzərindəki hüququmuz belıyvorotniçokların bizə verməyə razı olduqları dozadadır. Amma, belə məsələlərdə adam çalışır çox da dərinə getməsin. Guya dərinə gedib neyləyəcəydik ki...
Postadam



