SALEH▪️NASIROV: post #9469 — TG.ME

10 gündür bu filmin 4Dx formatına bilet tapmaq olmur. Bütün yerlər bir neçə gün öncədən alınmışdır. Nəhayət dün gecə saat 00:00 yer tapmaq mümkün oldu və mən OdisƏyə təkrar baxdım, bu səfər Cinema Plusun 4DX zalında.
Oturan kimi macara başlandı 🤣
Filmi sanki resorlu maşında izləyirsən. Elə bil Lənkəran r. Cil kəndinin yolunu gedirəm. 🤦🏻‍♂️
Oturacaqlar əməlli silkələyir, arada masaj kimi kürəyi də yumruqlayır və qulağınızın dibindən hava, üzünüzə isə su püskürür. Babat hiss və təcrübə. Çaşıb popkorn, yemək zad götürərsiniz, səpələnəcək hər yerə, üst başınızı batırarsınız 🤣
Amma film boyu zalda əsən o külək, püskürən su, gələn alov, yanğın qoxusu və göydən yağan yağış, ağaclardan düşən qırıntılar, kül və sair emitasiyalar sadəcə möhtəşəmdir və filmə xüsusi hisslər, unudulmaz anlar qatır.
Maraqlı təcrübədir. Dənəməyə dəyər.
👍24❤8👏2
August 15, 2026 9.2K 18 14