Sürücünün halı sükan arxasında qəfil pisləşdi Polis köməyə çatdı… — SALEH▪️NASIROV — TG.ME

Sürücünün halı sükan arxasında qəfil pisləşdi Polis köməyə çatdı. VİDEO
İzləyicim; “Salam Saleh bəy. Təşəkkür etmək istəyərdim sizin vasitənizlə. Deməli bu gün səhərdən yoldaşım narahat idi, həkimə getdik.Analiz falan verdik görək nədi, niyə narahatdi. Uşaqlar tək qalmasın deyə,Uşaqları nənələrigilə qoyub qayıdırdıq. Yoldaşım qəfil yenidən narahatlaşdı və sükan arxasında halı pisləşib qaytarmağa başladı. Nərimanov ərazisində 446 nömrəli polis maşınını görən kimi dərhal yanlarında saxladıq. Deyəsən adı Kənan bəy idi, sürətlə maşından düşüb bizə yaxınlaşdı. Su istədim. Mən yaxınlıqdakı mağazaya tərəf qaçmaq istəyəndə, polis əməkdaşı sağ olsun, anında özü maşınla gedib su alıb gətirdi. Yoldaşım özünə gələnə, vəziyyəti yaxşılaşana qədər bir an belə yanımızdan ayrılmadı, diqqətini əskik etmədi. Hətta suyun ödənişini təklif etsək də, qətiyyən qəbul etmədi.
Yaxşı ki varsınız! Öz adımdan və yoldaşım adından 446 nömrəli polis avtomobilinin əməkdaşı Kənan bəyə dərin təşəkkürümüzü bildiririk. Belə həssas, insanpərvər və məsuliyyətli polis işçilərimizlə fəxr edirik, var olsunlar!”
Telegram
@Saleh.Nasirov
👍38👏10😍1
August 29, 2026 4.5K 2 2