“Gəl, sənə də bir səhifə Quran oxuyum, bax.”
Oxumağa başladı. Hansı surədə olduğunu soruşdum. Dedi: “Əl-Əhqaf surəsi.”
Neçənci səhifə olduğunu öyrənmək üçün Qurandan həmin səhifəni açdım — 504-cü səhifə.
Anam oxumağa başladı və birdən bu ayəni eşitdim:
وَوَصَّیۡنَا ٱلۡإِنسَـٰنَ بِوَ ٰلِدَیۡهِ إِحۡسَـٰنًاۖ حَمَلَتۡهُ أُمُّهُۥ كُرۡهࣰا وَوَضَعَتۡهُ كُرۡهࣰاۖ وَحَمۡلُهُۥ وَفِصَـٰلُهُۥ ثَلَـٰثُونَ شَهۡرًاۚ
Bu ayəni çox eşitdiyim üçün tərcüməsi bir anda gözümün önünə gəldi:
“Biz insana valideynlərinə yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) məşəqqətlə daşımış və məşəqqətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz aydır...”
Həmin an içimdə qəribə bir duyğu yarandı. Sanki Uca Rəbbim mənə bu ayə vasitəsilə bir mesaj xatırladırdı...
Bəzən insan bir ayəni dəfələrlə eşidir, oxuyur, hətta əzbər bilir. Amma elə bir an gəlir ki, həmin ayə sanki ilk dəfə qəlbinə toxunur. Sözləri qulağından deyil, birbaşa qəlbindən keçir.
SubhənAllah... Həmin an düşündüm ki, bu, sadəcə bir təsadüf deyilmiş kimi gəldi mənə. Anamın gəlib məhz bu səhifəni açması, məhz bu ayəni oxuması və mənim də həmin anda onun mənasını düşünməyim...
Geniş lütf sahibi olan Rəbbimiz Öz quluna yalnız xeyir istəyər.
Bəlkə də bu, mənim üçün sadəcə bir ayə deyil, həmin an qəlbimə edilən bir xatırlatma idi.
وما توفيقي إلا بالله
“Mənim müvəffəqiyyətim yalnız Allahdandır.” 11:88 {alıntı}