Müsibət içindəki mömin və
rahatlıq içindəki mömin – Allahın ölçüsü nədir?
İnsanlar çox vaxt belə düşünürlər: 🥀"Başına ard-arda müsibətlər gələn Allahın ən sevimli quludur.
🌿Rahat yaşayan isə bəlkə də Allah tərəfindən unudulub tərk olunmuşdur.
Lakin Quran və Sünnə bizə göstərir ki, Allahın ölçüsü insanların düşündüyü kimi deyildir.
Allah bəzən bir qulunu çətinliklə sınayır, başqa bir qulunu isə bolluq, sağlamlıq və rahatlıqla imtahan edir. Hər iki hal bir imtahandır.
Allahu təalə buyurur:
"Biz onları həm xeyirlə, həm də şərlə imtahan etdik ki, bəlkə qayıtsınlar." (Əraf, 168)
Deməli, çətinlik də imtahandır, rahatlıq da.
Allah yanında dəyər müsibətin böyüklüyü ilə deyil, qulun həmin müsibət qarşısındakı səbri ilə ölçülür.
Eləcə də dəyər rahatlığın çoxluğu ilə deyil, həmin rahatlıq içində edilən şükür, itaət və təqva ilə ölçülür.
Bir mömin uzun illər xəstə ola bilər və səbri ilə Allahın razılığını qazanar.
Başqa bir mömin isə uzun illər sağlam, varlı və rahat yaşayar, lakin hər neməti Allahın yolunda istifadə edər, şükür edər, günahlardan çəkinər və Allah qatında yüksək məqama çatar.
Hər ikisi Allahın sevimli qulu ola bilər
Rahatlıq təhlükəli bir imtahandır.
Sağlamlıq... Var-dövlət... Ailə... Övlad... Nüfuz... Boş vaxt...
Bütün bunlar insana Allahı unutdura bilər və ya daha da Allaha yaxınlaşdıra bilər.
Demək bu hal şükrü tələb edir
Eyni zamanda, müsibət də təhlükəli bir imtahandır. Əgər insan səbir etməz, Allahın qədəri ilə razılaşmaz, ümidsizliyə qapılar və ya dilindən Allahın razı olmadığı sözlər çıxarsa, bu imtahanda uduza bilər.
Bu hal da səbri tələb edir
Deməli, həm rahatlıq, həm də müsibət Allahın imtahanıdır.
Qazanan isə hər iki halda Allahın razılığını qoruyan müsibətə səbr edən, rahatlıqla şükr edən mömindir.
https://t.me/mefatihul_khayr