Yenilik! Leobank depozitlərə start verdi🎉
İndi Leo tətbiqində bir neçə dəqiqəyə depozit hesabı aça bilərsiniz. Banka getmədən və əlavə sənədlər olmadan 😎
Biz bunu mümkün qədər sərfəli və etibarlı etməyə çalışdıq!
🗓️ Faiz dərəcələri illik 6,5%-dən 10,5%-ə qədər
Depozitin müddətindən asılı olaraq.
🤸 Uyğunlaşan şərtlər
Faiz alma müddətini, dərəcəsini və üsulunu siz seçirsiniz. Fors-major hallar zamanı heç bir problem olmadan depozitinizi geri ala biləcəksiniz.
🤑 Rahat faiz ödənişi
Faizlər gündəlik hesablanır və sizin rahatlığınız üçün Leo kartına ödənilir: ayda bir dəfə və ya əmanət müddətinin sonunda (daha sərfəli şərtlərlə).
💳 Depozit pulunu komissiyasız xərcləyin
Depoziti Leobank kartınıza köçürə bilərsiniz. Açılma müddəti 30 günü keçən depozit hesabını bağlayarkən, kartdakı puldan komissiyasız istifadə edə bilərsiniz: köçürmələr həyata keçirə, həmçinin Unibank bankomatlarında və kassalarında nağdlaşdıra bilərsiniz.
🛡️ Pulunuz etibarlı qorunma altındadır
Bütün əmanətlər AR Əmanətlərin Sığortalanması Fondu tərəfindən 100.000 ₼-dək məbləğdə sığortalanır.
Depoziti necə açmaq olar:
"Yığım" menyusunda “Depozit hesabı aç” seçin
Müddəti, faiz dərəcəsini və faizi almaq üçün əlverişli variantı seçin
Əmanət etdiyiniz məbləği daxil edin
Bank əməkdaşının video zəngini qəbul edin (bu, əmanətlərinizin təhlükəsizliyi üçün qanunla müəyyən edilmiş tələbdir)
Leobank kartınızdan pulu mədaxil edin. Depozit hesabı hazırdır!