Salam dəyərli izləyicilər, Bu həftəsonu keçirəcəyimiz "Nə istəyirsən… — Kriptaz — TG.ME

Salam dəyərli izləyicilər,

Bu həftəsonu keçirəcəyimiz "Nə istəyirsən soruş" rublikasında bu dəfə biz yox, qonaqlarımız danışacaq. Podcastımıza qatılacaq olan iki dəyərli qonağımız da bu sahədə uzun müddət keçirmiş və fərqli nöqtələrdə özlərini inkişaf etdirmiş şəxslərdir.

İlkin olaraq qonağımız Metalong layihəsinin qurucusu Emin Məmmədovdur. Həmvətənimizin inkişaf etdirməyə çalışdığı layihə Solana blockchain-i üzərində qurulmuşdur. 7 avqust tarixində 600,000$ investisiya topladığını qeyd edən Metalong Labs qurucusu, Podcast boyunca işin mətbəxi olan kodlaşdırma ilə bağlı gələn suallarınızı cavablandıracaqdır.

Digər qonağımız isə Kripto Azərbaycan icmasının ən aktiv admini Kamran Rizvanovdur. İcma içərisində həm Airdrop hunter, həm də Fundamental analist olaraq tanınır. Kamran bəylə birlikdə pul qazandıran mövzuları müzakirə edib, ekosistemlə bağlı "alpha" məlumatlarını almağı planlayırıq.

Podcastin tarixi 25 avqust saat 20:00-a təyin edilmişdir. Telegramdan bu link üzərindən podkasta daxil ola bilərsiniz: Poscast Link

Qatılacaq olan bütün izləyicilər suallarını hazırlasınlar, bu həftəsonu bomba kimi bir podcast edəcəyik!
🔥9❤4
August 21, 2024 665 2