Salam @everyone
Gələn həftədən etibarən Kripto Azərbaycan icması olaraq canlı danışıqlar aparmaq üçün hər ay iki qonağı dəvət edəcəyik. Bu canlıların məqsədi Azərbaycanda blokçeyn texnologiyaları ilə bağlı araşdırmaları və bu sahədə fəaliyyət göstərən və ya fəaliyyət göstərmək istəyən insanların layihələrini tanıtmaq və şirkətləri və investorları onları reallaşdırmağa həvəsləndirməkdir.
İndiyə qədər bir çox problemlərlə üzləşmişik. Bununla belə, bu canlı tədbirlər vasitəsilə problemlərin nə olduğunu və onların necə həll oluna biləcəyini müzakirə edərək hər şeyi daha yaxşı hala gətirməyi hədəfləyirik.
İcma olaraq biz biznesə necə rəhbərlik edə biləcəyimizi və bu icma ilə hər bir layihənin necə gözəlləşə biləcəyini danışacağıq. Yeni layihələr haqqında məlumat verəcəyik, öz layihələrimiz haqqında danışacağıq, investisiyaların necə qoyulması barədə fikir mübadiləsi aparacağıq.
Biz Azərbaycanda maliyyə sektorunda çalışan insanları canlı yayıma dəvət edəcəyik və bu insanlara öz fikirlərini icmamızla bölüşmək imkanı verəcəyik.
İlk səmimi söhbətimizi 16 iyun 2024-cü il tarixində saat 21:00-da https://t.me/kriptoAzerbaycan vasitəsilə edəcəyik.
İlk qonağımızı isə 23 iyun 2024-cü il saat 21:00-da dəvət edəcəyik,
Telegram
Kriptaz
Kripto Azərbaycan qrupuna xoş gəlmisiniz. Siz bu qrupda müxtəlif bonuslarla kriptolar qazanacaqsınız. www.kriptaz.com

7
1June 7, 2024 404