Əlhəmdulillah”, “iftar”, “suhur” sözləri İŞLƏDİLMƏSİN: Qazaxıstan…

🏛 “Əlhəmdulillah”, “iftar”, “suhur” sözləri İŞLƏDİLMƏSİN: Qazaxıstan Prezidentindən ETİRAZ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qazax dilində ərəb mənşəli sözlərin getdikcə daha çox işlədilməsi məsələsinə münasibət bildirib.

Dövlət başçısı bu barədə noyabrın 10-da Beynəlxalq Qazax Dili Cəmiyyətinin 10-cu konqresində çıxışı zamanı danışıb.

Tokayev bildirib ki, Qazaxıstan 2027-ci ilin sonunadək qazax dilinin orfoqrafiya qaydalarını standartlaşdırmalı və lüğətləri yeniləməlidir.

Prezidentin sözlərinə görə, hazırda bir sıra söz, anlayış və terminlərin müxtəlif formalarda işlədilməsi çaşqınlıq yaradır və dildə vahidliyin qorunmasına mane olur.

O qeyd edib ki, qazax dilinin rəsmi orfoqrafiya lüğəti sonuncu dəfə 1983-cü ildə Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə təsdiqlənib. Sonrakı illərdə bir neçə lüğət nəşr olunsa da, onların heç biri dövlət səviyyəsində təsdiq edilməyib və hüquqi qüvvə almayıb.
👍4
November 11, 2026 69