🖊️Əbu Bəsirdən, o da Əbu Abdullahdan (İmam Sadiqdən - əleyhissəlam) rəvayət edərək dedi: Mən imamın belə buyurduğunu eşitdim:
🗣️"Həqiqətən, Quran əmr edən və çəkindirəndir. O, Cənnəti əmr edir, Cəhənnəm əzabından isə çəkindirir. Orada möhkəm və mütəşabih (ayələr) var. Möhkəm olana gəldikdə, ona iman gətirilir və əməl edilir [və onunla din/hökm yaşanır]. Mütəşabih olana gəldikdə isə, ona iman gətirilir, lakin (mənası tam aydın olmadığı üçün özbaşına) əməl edilmir. Bu, Allahın aşağıdakı kəlamıdır: 'Qəlblərində əyrilik olanlar fitnə salmaq və (ayəni) yozmaq məqsədilə onun mütəşabih olanlarına uyarlar. Halbuki onun yozumunu (təvilini) Allahdan və elmdə kök salmışlardan başqa heç kim bilməz. Onlar (elmdə kök salmışlar) deyərlər: Biz ona iman gətirdik, hamısı Rəbbimizin yanındandır.' (Ali-İmran surəsi, 7)"
[İmam ardınca buyurdu:] Ali-Məhəmmədin (s) (Əhli-beyti) - elmdə kök salmış olanlardır )."
📗"Təfsir əl-Qummi" səh 1194.
https://t.me/kamil_din