Ömər ibn Şəbbə kimdir?
Böyük alim, tarixçi Ömər ibn Şəbbə ibn Übeydə ibn Zeyd ibn Raiha ən-Nümeyri, Əbu Zeyd əl-Bəsri, nahiv (qrammatika) alimi, Bağdadda yaşayan idi.
O, 173-cü hicri ilində (miladi 789) doğulmuşdur.
O, Yəhya ibn Səid əl-Qattan, Əli ibn Asim, Yəzid ibn Harun, Qundər, Muaaz ibn Muaaz və bir qrup alimdən hədis rəvayət etmişdir.
Ondan isə İbn Macə, Əhməd ibn Yəhya Sələb, İbn Said, İbn Əbi əd-Dünya, Məhəmməd ibn Əhməd əl-Əsram, Abdurrahman ibn Əbi Hətim və bir çox başqaları rəvayət etmişlər.
Abdurrahman ibn Əbi Hətim demişdir:
Mən atamla birlikdə ondan yazırdım. O, saduq (doğru danışan) idi, ərəb dili və ədəbiyyatını bilən bir şəxs idi.
İbn Hibban demişdir:
Onun hədisləri düzgündür (müstəqimdir). O, ədəbiyyat, şeir, xəbərlər və ərəblərin günləri (tarixi hadisələri) barədə məlumat sahibi idi.
Xatib əl-Bağdadi demişdir:
O, siqə (etibarlı ravidir), sirə və tarix elmini bilən, çoxlu əsərləri olan bir alim idi. Ömrünün sonlarında Səmərra şəhərinə köçdü və orada vəfat etdi. Bu, 262-ci hicri ilində olmuşdur.
Tarix Bağdad (11/208–210), əl-Muntazam (12/184), əl-Kamil (7/306), Vafayat əl-A’yan (3/440), Təhzib əl-Kamal (21/386–390), Siyar a’lam ən-Nubəla (12/369–372), Şəzərat əz-Zəhəb (2/146)
https://t.me/istiqam2