Paşinyan bildirib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının… — isayevios 🇦🇿 — TG.ME

🇦🇲🇷🇺 Paşinyan bildirib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazasının Ermənistanda qalması ölkə üçün həyati zərurət hesab edilmir.

Paşinyan əlavə edib ki, Rusiya bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək. Eyni zamanda, Moskva bazanın Ermənistanda qalmasını istəsə, bu məsələni müzakirə etməyə hazır olduqlarını deyib.

Bu açıqlama Vladimir Putinin Bişkekdə görüşləri zamanı bəyanatdan sonra səslənib. Putin bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Rusiya “hətta sabah” oranı tərk edə bilər.
September 3, 2026 1.6K 2