Türkiyədə keçmiş baş nazir Əhməd Davudoğlu barəsində araşdırma… — isayevios 🇦🇿 — TG.ME

🇹🇷 Türkiyədə keçmiş baş nazir Əhməd Davudoğlu barəsində araşdırma başladılıb

Ankara Respublika Baş Prokurorluğu keçmiş baş nazir Əhməd Davudoğlu barəsində “Prezidenti təhqir etmə” ittihamı ilə araşdırmaya başlayıb.

Araşdırmaya səbəb Davudoğlunun 14 aprel 2022-ci ildə səsləndirdiyi və son günlər sosial şəbəkələrdə yenidən yayılan ifadələrdir.

Məlumata görə, həmin çıxışda Davudoğlu hakimiyyət nümayəndələrini korrupsiya və yaxınlarını varlandırmaqda ittiham edən sərt ifadələr işlədib.

Qeyd edək ki, araşdırmanın başlanması Davudoğlunun təqsirli bilinməsi və ya barəsində məhkəmə işi açılması demək deyil. Prokurorluq ifadələrin cinayət tərkibi yaradıb-yaratmadığını araşdıracaq.
September 3, 2026 2.2K