Sual cümlələri
◈ Ingilis dilində sual cümlələri quruluşuna görə dörd növə bölünür.
1. Ümumi suallar (General Questions)
Cümlənin ayrı-ayrı üzvlərinə deyil, bütöv cümləyə verilən suala ümumi sual cümləsi deyilir. Belə suallar ya təsdiq yes-bəli və ya inkar not-xeyr cavablarını tələb edir. Ümumi suallar köməkşi və ya modal fellərlə başlayır:
Is Nizami a well-known Azerbaijan poet?
Do you mind my smoking here?
Have you any objection to my coming?
Did I see them playing chess in the hall of our University?
İngilis dilində ümumi suallara qısa təsdiq və inkar cavabı əmələ gətirmək üçün müvafiq şəxs əvəzliyindən və köməkçi feldən istifadə edilir:
Do you speak English at the lesson? - Yes, we do. (No, we don’t.)
Does she live in Baku? - Yes, she does. (No, she doesn’t.)
Have you seen this film? - Yes, I have. (No, I havn’t.)
2. Xüsusi suallar (Spesial Questions)
Cümlənin hər hansı bir üzvünə verilən suala xüsusi sual cümləsi deyilir. Xüsusi sual cümləsi sual sözü ilə başlayır. Sual sözləri bunlardır: who – kim, what – nə, necə, which – hansı,
when – nə vaxt, how – necə, where – hara, harada, how many, how much – neçə, why – nə üçün və s.). Bu sual sözləri sualın cümlənin hansı üzvünə aid olduğunu göstərir:
Where do you live?
Who is your sister?
When she will come?
What article did you read yesterday?
How do you speak French?
Whose brother knows English well?
Xüsusi sual cümlələrində olan sual sözü cümlənin bir üzvünə sual verir və buna görə də həmin üzv sual cümləsində işlədilmir.
I live in Baku. Where do I live?
Mübtədaya və ya mübtədanı təyin edən sözə sual verdikdə sual cümləsində söz sırası
nəqli cümlədəki söz sırası kimi olur. Belə halda to do köməkçi feli işlədilmir:
My mother goes to work in the morning.
Who goes to work in the morning?
Whose mother goes to work in the morning?
3. Seçmə suallar (Alternative Questions)
Alternativ cümlələr or - ya, yoxsa bağlayıcısı vasitəsi ilə bağlanan iki sual cümləsindən ibarət olur. Danişanın iki cür ehtimaldan hansının həqiqətə uyğunluğunu dəqiqləşdirmək üçün işlədilir:
Is he a student or a pupil?
Do you go to work by bus or by undergraund?
Did he come or did he stay at home?
4. Ayrıcı suallar (Disjunctive Questions)
Ayrılan sual cümləsi iki hissədən ibarət olur. Birinci hissə təsdiq və ya inkar şəklində olan nəqli cüçlədən ibarət olur. Ayrılan sual cümləsində birinci hissədə söz sırası dəyişmir, yəni nəqli cümlədə olduğu kimi qalır. İkinci hissə (qısa ümumi sual cümləsi) nəqli cümlədəki xəbərə uyğun olan köməkçi və ya modal feldən və bir də mübtədaya uyğun əvəzlikdən ibarət olur. Qısa ümumi sual cümləsində söz sırası dəyişmir. Ayrılan sual cümləsinin bu hissəsi dilimizə “deyilmi”, “elə deyilmi” və bir də birinci hissədə (nəqli cümlədə) olan xəbərin inkarı və ya təsdiqi
vasitəsi ilə tərcümə edilir. Bu növ sual cümləsinin birinci hissəsi olan nəqli cümlə təsdiqdə olduqda, ikinci hissə qisa inkarda və ya əksinə, birinci hissə inkar cümləsi olduqda, o zaman ikinci hissə qisa ümumi sual cümləsi olur. Ayrılan suallara, adətən, ya təsdiqdə, ya da inkarda qısa cavab verilir:
You like this picture, don’t you? – Yes, I do. No, I don’t.
She speaks English well, doesn’t she? – Yes, she does.
He is not your friend, is he? – No, he is.
She doesn’t go to school, does she? – No, she doesn’t.
You live in this street, don’t you? - Yes, I do.
You do not know the lesson. Do you? - No, I do not.