Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi çərçivəsində baş tutan səfər zamanı qonaqlar mərkəzi meydanında şəhərin ümumi mənzərəsini seyr edəcək, burada görülən quruculuq işləri ilə tanış olacaqlar.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Xankəndiyə səfərləri zamanı, səfər planına uyğun olaraq Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.
@insanoidcom