İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşma təkcə "Sabah"… — Insanoid — TG.ME

⚽️İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşma təkcə "Sabah" deyil, Azərbaycan futbolu üçün tarixi hadisədir

Bunu Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.

"Bilirik ki, "Mançester Yunayted" dünyanın ən böyük klublarından biridir. Belə bir komandaya qarşı oynamaq ciddi məsuliyyət, eyni zamanda böyük həyəcandır. Meydana sadəcə təslim olmaq və ya müdafiə olunmaq üçün çıxmırıq. Öz oyunumuzu göstərməyə və şanslarımızı dəyərləndirməyə çalışacağıq.

Futbolçularımın hər biri bu mübarizənin nə dərəcədə əhəmiyyətli olduğunu yaxşı anlayır. İmkanlarımız az görünə bilər, lakin biz son saniyəyə qədər mübarizə aparacağıq. Meydanda bütün gücümüzü qoyaraq azarkeşlərimizə layiqli oyun göstərmək istəyirik", - o bildirib.

@insanoidcom
👍5❤3
September 9, 2026 541