Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə… — Insanoid — TG.ME

🗣Azərbaycanın kayak və kanoeçiləri Belarusda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Sentyabrın 10-dan 13-dək Belarusun Minskdə kayak və kanoe üzrə "Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin 2026-cı il Açıq Kuboku" beynəlxalq yarışı keçiriləcək.

Azərbaycan Su İdmanı Növləri Federasiyasının (ASİNF) idmançıları da nüfuzlu beynəlxalq turnirdə iştirak edəcəklər.

Ölkəmizi yarışda kayak və kanoe üzrə 3 idmançı təmsil edəcək.

Komandanın heyətində Mustafa Vəlizadə və Elmir Tarverdiyev kayak, Hüseyn Səmədli isə kanoe növündə mübarizə aparacaq. İdmançıların hazırlığına böyük məşqçi Mirnazim Cavadov rəhbərlik edəcək.

@insanoidcom
👍1
September 8, 2026 281