“SHOT”un məlumatına görə, Navai Moskva Yol Hərəkətinin İdarə Edilməsi Mərkəzinə 91 200 rubl, əlavə olaraq isə 4 000 rubl dövlət rüsumu ödəyib. Ödəniş qurumun sənətçiyə qarşı məhkəmə iddiası qaldırmasından iki ay sonra həyata keçirilib.
Xatırladaq ki, mayın 5-də Navai Moskvada Zubovski bulvarında nömrə nişanı olmayan qara “Ferrari” ilə qəzaya düşüb. İdman avtomobili yoldan çıxaraq işıqfora çırpılıb.
Navai hadisə zamanı saatda 60-65 kilometr sürətlə hərəkət etdiyini bildirib və qəzanı avtomobilin idman təkərləri ilə əlaqələndirib.
@insanoidcom
