Köhnə təkərlərdən tikilən enerjiyə qənaət edən evlər “Earthship”… — Insanoid — TG.ME

Köhnə təkərlərdən tikilən enerjiyə qənaət edən evlər

“Earthship” adlanan evlər köhnə avtomobil təkərləri, alüminium qutular və şüşə butulkalar kimi təkrar emal olunan materiallardan hazırlanır. Konsepsiya 1970-ci illərdə amerikalı memar Maykl Reynolds tərəfindən yaradılıb.

Bu evlərdə qalın divarlar, günəş enerjisi, təbii ventilyasiya və yağış suyunun toplanması kimi sistemlərdən istifadə olunur. Düzgün layihələndirildikdə daxili temperaturun rahat səviyyədə saxlanılması və isitmə-soyutmaya ehtiyacın azaldılması mümkündür.

Lakin evlərin ilboyu kondisioner və isitmə olmadan sabit 20°C temperatur saxlaması ilə bağlı iddiaların bütün iqlim şəraitləri üçün doğru olmadığı bildirilir. Xüsusilə soyuq bölgələrdə əlavə isitmə tələb oluna bilər.

@insanoidcom
September 8, 2026 612