Rafael Fiziyev yenidən UFC-nin “top-10”unda UFC Parisdə keçirilən… — Insanoid — TG.ME

🗣Rafael Fiziyev yenidən UFC-nin “top-10”unda

UFC Parisdə keçirilən turnirdən sonra çəki dərəcələri üzrə reytinq cədvəlini yeniləyib.
Yüngül çəkidə Səlahəddin Parnas Dan Hoker üzərində qazandığı qələbədən sonra reytinqə birbaşa 9-cu pillədən daxil olub.

Azərbaycanı təmsil edən Rafael Fiziyev isə yenidən ilk onluğa yüksələrək “top-10”dakı yerini bərpa edib.

Orta çəki dərəcəsində də dəyişikliklər qeydə alınıb. Şarabutdin Maqomedov “top-15”dəki mövqeyini bərpa edib, Abusupyan Maqomedov isə iki pillə irəliləyərək 12-ci sıraya yüksəlib.

@insanoidcom
September 8, 2026 187