❕Təyyarədə sərnişini oturacağa lentlə bağladılar
“American Airlines”ın Dallasdan Nyuarka uçan reysində 67 yaşlı Artur Leyn Lundinin aqressiv davranması səbəbindən insident yaşanıb.
Digər sərnişinlərə hücum etdiyi və onları dişləməyə çalışdığı bildirilən kişi oturacağa yapışqan lentlə bağlanıb. Hadisə səbəbindən təyyarə Merilend ştatında məcburi eniş edib və Lundin polis tərəfindən saxlanılıb.
İnsidentdən sonra onun çalışdığı “Long Realty” daşınmaz əmlak şirkəti Lundinlə əməkdaşlığa xitam verib.
@insanoidcom

September 7, 2026 134