Tramp Kanadanın "Bombardier" maşınqayırma şirkətinin məhsullarını… — Insanoid — TG.ME

❗️Tramp Kanadanın "Bombardier" maşınqayırma şirkətinin məhsullarını kifayət qədər yaxşı hesab etməyərək, onların ABŞ-də satışını dayandırmağa çağırıb

O bu barədə "Truth Social"da yazıb.

"ABŞ-də daha heç bir "Bombardier" satışı olmasın! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu Birləşmiş Ştatlardan daxil olur. Onlar Amerika alıcıları, şirkətləri, hava limanları və xidmətləri hesabına yaşayırlar", - paylaşımda bildirilir.

O, Amerikanın "Gulfstream Aerospace" şirkətinin Kanadada biznes qadağası ilə üzləşməsini ədalətsiz qərar adlandırıb.

@insanoidcom
👎2
September 7, 2026 581