Taxt-tac oyunu" ulduzunun qızı mərhum anasının külünü yediyini etiraf… — Insanoid — TG.ME

💀"Taxt-tac oyunu" ulduzunun qızı mərhum anasının külünü yediyini etiraf edib

Serialda Olenna Tirel rolunu oynamış mərhum aktrisa Diana Riqqin qızı, britaniyalı aktrisa Reyçel Sterlinq memuarlarında səhnəyə çıxmazdan əvvəl anasının külündən bir az yediyini yazıb.

Sterlinq qeyd edib ki, bu hərəkət başqalarında şoka səbəb olsa da, onun üçün tamamilə təbiidir: "O, məni bürüyür, qoruyur və əhatə edir. Mənim anam mənim krallığımdır".

Diana Riqq 2020-ci ildə 82 yaşında onkoloji xəstəliklə uzunmüddətli mübarizədən sonra vəfat edib.

@insanoidcom
🤯2🤮1🤣1👀1
September 3, 2026 493 1